Türkiyədə son sutka ərzində daha 15 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 778 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 195-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 175 218 nəfərə çatıb. Müalicə olunan 1 242 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 149 102 nəfər koronavirusdan müalicə olunub".