Türkiyə Xarici İşlər Nazirliyi Əfqanıstanın paytaxtı Kabildə məsciddə baş verən teraktı qınayan bəyanat yayıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, XİN-in bəyanatında dost və qardaş əfqan xalqına başsağlığı mesajı çatdırılır:
“Son günlər Əfqanıstanda ibadət yerlərində təşkil edilən terror hücumlarından dolayı olduqca narahatıq. Hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara təcili şəfalar diləyirik”.
Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə məscidlərin birində partlayış olub. Hadisə nəticəsində 4 nəfər həlak olub.