Türkiyədə baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.
Modern.az xəbər verir ki, zəlzələ nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Ölkənin Daxili işlər naziri Süleyman Soylu Bingöldə qeydə alınan zəlzələ zamanı jandarmeriyanın nəzarət qülləsinin aşdığını, nəticədə 1 nəfərin xəsarət aldığını, 1 nəfərin isə dağıntılar altında qaldığını bildirib.
Dağıntılar altında qalan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Zəlzələ zamanı Bingöl əyalətində bir neçə kənddə evlər dağılıb, azı 9 nəfər xəsarət alıb. Fövqəladə Hallar İdarəsi təbii hadisə zonasına 550 çadır göndərib.
***
Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alanlar var.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların səbəb olduğu dağıntı nəticəsində azı 3 nəfər xəsarət alıb.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyədə 5,7 bal gücündə zəlzələ olub.
Məlumata görə, yeralı təkanlar yerli vaxtla saat 14:24-də qeydə alınıb. Zəlzələnin episentri Bingöl şəhərindən 55 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.