Modern.az

Rusiyada azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi nəzarətə götürüldü - RƏSMİ

Rusiyada azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi nəzarətə götürüldü - RƏSMİ

Aktual

15 İyun 2020, 13:05

Rusiyada azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi açılıb.

 

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, 13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

 

Bundan əlavə, cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

 

"Bildiririk ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.  İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicəkdir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!