Modern.az

Hadı Rəcəblinin oğluna vəzifə verildi - FOTO

Hadı Rəcəblinin oğluna vəzifə verildi - FOTO

Aktual

15 İyun 2020, 13:41

Energetika Nazirliyində yeni təyinat olub. 

 

Modern.az xəbər verir ki, Vüsal Rəcəbli nazirlikdə müşavir təyin edilib. 

 

Energetika nazirinin digər müşaviri, həm də nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva "Report"a açıqlamasında xəbəri təsdiq edib.

 

V.Rəcəbli keçmiş deputat Hadı Rəcəblinin oğludur. O, uzun müddət Ədliyyə Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Hüquq elmləri namizədi olan Vüsal Rəcəbli ingilis dilində təhsil aldığından Qərb Universitetində ingilis dilində konstitusiya hüququndan dərs deyib. Avropa oyunlarında departament rəisinin müavini, İslam oyunlarında isə departament rəisi olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!