Modern.az

DİN Ağstafada baş verən qətllə bağlı məlumat yaydı

DİN Ağstafada baş verən qətllə bağlı məlumat yaydı

Aktual

15 İyun 2020, 14:09

Daxili İşlər Nazirliyi (DİN) Ağstafada baş verən qətllə bağlı məlumat yayıb.

 

Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 14-də Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş T.Heydanov münaqişə zəminində qonşusu Hürriyyət Şəmilovu bıçaqla qətlə yetirib.

 

Polis və prokuqoqluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən T.Heydanov tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanılıb. Ağstafa rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!