Modern.az

İranda daha 113 nəfər koronavirusdan öldü

İranda daha 113 nəfər koronavirusdan öldü

Aktual

15 İyun 2020, 15:41

İranda ötən sutka ərzində daha 2 249 nəfər koronavirusa (COVID19) yoluxub.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

Sadat Larinin sözlərinə görə, bununla İranda bu virusa yoluxanların sayı 189 876 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 765 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 113 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin sayı 8 950 nəfərə çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!