"Əlbəttə, "Leqanes"ə qarşı oyun çox çətin olacaq, çünki onların da xal qazanmağa ehtiyacları var. Buna baxmayaraq, bizim üçün də növbəti oyunlar vacib sayılır və buna görə də xal qazanmağa məcbur olan iki komandanın arasında baş tutacaq maraqlı oyun olacaq".
Modern.az xarici mediaya istinadla xəbər verir ki, bunu İspaniyanın "Barselona" klubunun baş məşqçisi Kike Setien "Leqanes"lə matç öncəsi keçirdiyi mətbuat konfransında deyib.
O, jurnalistlərin Messi ilə bağlı sualını da cavablandırıb:
"Messi özünü yaxşı hiss edir. Bir problem yoxdur. Siz təkcə onun vurduğu qolları deyil, onun komandaya qatdığı şeyləri dəyərləndirməlisiniz. Ötən oyun o, iki assist edərək bizə üç xal qazanmağa yardım etdi. Messinin 700 və daha çox qolu var. O, dünyanın ən yaxşısıdır və çox şadıq ki, o, bizə kömək edir. O, ardıcıl 12 mövsümdə 20 qol vurub. Bu, astronomik göstəricidir".
Xatırladaq ki, İspaniya La Liqasının 28-ci turunda səfərdə "Malyorka" ilə qarşılaşan "Barselona" 0:4 hesablı qələbə qazanaraq xalını 61-ə çatdırıb. Bu oyunda komandanın lapitanı Lionel Messi 2 məhsuldar ötürmə və bir qolla fərqlənib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə liderlik edən "Barselona" iyunun 17-də Bakı vaxtilə saat 00:00-da "Leqanes"i qəbul edəcək.
T.İSMAYIL