"Gəncədə dövlətə qarşı 1993-cü ilin iyun qiyamı baş qaldıranda populyar bir mövzu vardı: “qardaş qırğını”".
Modern.az xəbər verir ki, bu barədə danışan Milli Məclisin deputatı Fazil Mustafa həmin dövrlə bağlı bir xatirəsini bölüşüb.
"Ağdamdan olan bir ziyalı dostumuz mənə zəng edib irad bildirirdi ki, nahaq qardaş qırğınına getmisiniz. Deyirdim ki, öldürülən dövlətin adamlarıdır, bu dövlətə qarşı qiyamdır, dar düşüncəli insanlar, yəni qaragüruhçular buna hakimiyyətdən qisas alınması hadisəsi kimi yanaşırlar, ancaq bədəlini mütləq ödəyəcəklər. Az keçmiş Surət Hüseynovun guya xilaskar kimi Ağdama girən başıpozuq dəstələri məqsədyönlü şəkildə bu Vətən torpağını ermənilərin qaşısında müdafiəsiz qoyanda həmin ziyalı dostumun telefonda ağlaya-ağlaya söylədiyi sözlər indiyədək qulağımdadır: “Bu qardaşı niyə qırmadınız, təkcə hakimiyyət getmədi, həm də Ağdam getdi”, - deyə F.Mustafa bildirib.
T.İSMAYIL