Meksika milli komandasının keçmiş futbolçusu Aaron Padilya vəfat edib.
Modern.az xarici mətbuata istinadla xəbər verir ki, 78 yaşlı sabiq futbolçu koronavirusdan ölüb.
Qeyd edək ki, Padilya Meksika yığmasının heyətində 55 oyun keçirib və 8 qol vurub. O, 1966 və 1970-ci ildə keçirilən dünya çempionatlarında iştirak edib. Sabiq hücumçu Meksikanın "Pumas", "Atlante" və "Verakrus" klublarının da formasını geyinib.