Tovuzda iki nəfər Kür çayında batıb.
Modern.az xəbər verir ki, hadisə Kür çayının Tovuz rayonunun ərazisində keçən hissəsində qeydə alınıb. Belə ki 2 nəfər Kürdə çimən zaman boğularaq ölüb. Həmin şəxslər 1974-cü il təvəllüdlü Abulbəyli kənd sakini Həsənov Namiq Əli oğlu və 1986-cı il təvəllüdlü İsnaylov Abbas Hüseyn oğludur.
Hadisə yerinə xilasedicilər və hüquq mühafizə orqanları cəlb olunub (apa).