Türkiyə və İran sərhədlərin açılmasını müzakirə edir.
Modern.az xəbər verir ki, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
İran XİN rəhbəri qeyd edib ki, sərhədlərin açılması Ankara və Tehranın maraqları çərçivəsindədir.
Nazir əlavə edib ki, bununla belə, hələlik tərəflər pandemiya ilə əlaqədar sərhədlərin açılması vaxtı və qaydalarını müəyyənləşdirməyib.