Modern.az

Lənkəranda batan gəncin meyiti tapıldı

Lənkəranda batan gəncin meyiti tapıldı

Aktual

15 İyun 2020, 21:24

Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Əliyev Elgün Asif oğlunun axtarışları başa çatıb.

Modern.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verdi.

E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!