Türkiyədə son sutka ərzində daha 18 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 825 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 592-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 179 831 nəfərə çatıb. Müalicə olunan 927 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 152 364 nəfər koronavirusdan müalicə olunub".