Modern.az

Pandemiya bu tarixdə BİTƏCƏK

Pandemiya bu tarixdə BİTƏCƏK

Aktual

17 İyun 2020, 08:45

Rusiya Kimya Texnologiyaları Universitetinin alimləri koronavirus pandemiyasının son tarixini açıqlayıb.

 

Modern.az xəbər verir ki, alimlərin hesablamalarına görə, bu, iyulun sonuna qədər baş verəcək. Mütəxəssislər epidemiyanın sonuna qədər ölkədə 524 min insanın yoluxacağına dair riyazi bir model hazırlayıb.

 

Eyni zamanda, mütəxəssislər bölgələrdə məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar COVID-19-un yayılmasının yeni dalğalarını da istisna etmir.

 

Digər bir proqnoz Sinqapur Texnologiya və Dizayn Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmışdı: onların hesablamalarına görə, pandemiya yalnız avqustun sonunda bitəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!