UEFA koronavirus pandemiyası səbəbindən Çempionlar Liqasının builki finalını İstanbuldan alaraq, Portuqaliyanın Lissabon şəhərinə verib. 8 komanda 12-23 avqustda azarkeşsiz mübarizəni davam etdirəcək.
Modern.az xəbər verir ki, Çempionlar Liqası "səkkizlər finalı" formatında 12-23 avqust tarixlərində Lissabonda keçiriləcək. Mərhələlər tək matç formatında olacaq.
Avropa Liqası da "səkkizlər finalı" formatında keçiriləcək. 1/4 finaldan başlayacaq görüşlər Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində keçiriləcək. Final matçı isə avqustun 21-i Kölndə olacaq.
Bu qərarlar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra rəsmən açıqlanıb.