Modern.az

Türkiyədə daha 19  nəfər koronavirusdan öldü

Türkiyədə daha 19  nəfər koronavirusdan öldü

Aktual

17 İyun 2020, 21:14

Türkiyədə son sutka ərzində daha 19  nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 861 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 52 901 nəfərdən 1 492-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  182 727  nəfərə çatıb. Müalicə olunan 1 261 xəstə isə bu gün evə buraxılıb. İndiyədək  154 640  nəfər koronavirusdan müalicə olunub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?