Modern.az

Tanınmış uşaq yazarı “Tərəqqi” medalı ilə təltif edildi                                          

Tanınmış uşaq yazarı “Tərəqqi” medalı ilə təltif edildi                                          

Aktual

23 İyul 2020, 14:02

Prezident İlham Əliyev iyulun 22-də Milli Mətbuatın yaranmasının 145 illiyi münasibəti ilə Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının təltif olunması haqqında sərəncamlar imzalayıb.


Modern.az xəbər verir ki, “Tərəqqi” medalı ilə təltif olunanlar sırasında AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyev də var.


Qeyd edək ki, Vüqar Haqverdiyev dövrü mətbuatda və elektron KİV-də, o cümlədən Modern.az saytında dərc olunan analitik məqalələrinə görə dəfələrlə respublika səviyyəli yazı müsabiqələrində qalib yerlərə layiq görülüb, 4 dəfə “İnformasiya cəmiyyətinin ən yaxşı jurnalisti” adını qazanıb, xüsusi mükafat və diplomlarla təltif edilib. O, həm də uşaq yazarı kimi tanınır, 10-a yaxın nağıl kitabının və cizgi filmi ssenarisinin müəllifidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV