Modern.az

Azərbaycanlı reperlərdən TƏKZİB: Erməni modelin partisində olmamışıq - FOTO

Azərbaycanlı reperlərdən TƏKZİB: Erməni modelin partisində olmamışıq - FOTO

Aktual

23 İyul 2020, 16:58

Sosial şəbəkələrdə Rusiyada yaşayan azərbaycanlı reper müğənnilər  – “Hammali” ləqəbli Aleksandr Əliyev, Navai Bəkirov və “Jony” ləqəbli Cavid Hüseynlinin hansısa erməni mənşəli blogerin təşkil etdiyi partidə iştirak etdikləri ilə bağlı informasiyalar yayılıb. Bu isə indiki həssas günlərdə sosial şəbəkə izləyicisinin üzüntüsünə və reaksiyasına səbəb olub.

Bu narahatçılıqları nəzərə alaraq Azərbaycan Beynəlxalq Dostluq Mərkəzi məsələni araşdırmağı qərara alıb. Bu məqsədlə Mərkəzin sədri Babək İsmayılov sözügedən şəxslərlə əlaqə yaradıb. Adı çəkilən reperlərin hər biri hansısa erməninin təşkil etdiyi şənlikdə, partidə qəti şəkildə  iştirak etmədiklərini bildiriblər. Onlar yalnız bir tacik qızın təşkil etdiyi mərasimə qatıldıqlarını qeyd ediblər.

Onlar bildiriblər ki, bu təxribatçı xəbərin yayılmasında iştirak edənlərin məqsədi özlərinə ucuz izləyici dəstəyi qazanmaq olub: “Heç bir əsası olmayan bu informasiyanı yayanlar izləyiciləri aldatmaqla özlərinə süni simpatiya qazanmağa çalışsalar da, bununla heç nəyə nail ola bilməyəcəklər”. Qeyd edək ki, adıçəkilən reperlər Rusiya ictimaiyyəti arasında Azərbaycana, azərbaycanlılara rəğbət hisslərinin formalaşmasında xüsusi xidmətləri olan gənclərdir.

Bu video və fotolarda azərbaycanlı reperlərin bir tacik qızın təşkil etdiyi tədbirdə iştirakı əks olunur:



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV