Modern.az

Bakıda daha bir yol hərəkət üçün məhdudlaşdırılacaq

Bakıda daha bir yol hərəkət üçün məhdudlaşdırılacaq

Aktual

23 İyul 2020, 17:17

Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Agentlik yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...