Modern.az

Dövlət Komissiyası yeni tərkibdə ilk iclasını keçirib

Dövlət Komissiyası yeni tərkibdə ilk iclasını keçirib

Aktual

23 İyul 2020, 18:12

İyulun 23-də Baş nazirin müavini, İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülmüş işlər, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 mart tarixli 1920 nömrəli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş iqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış İşçi Qrupun fəaliyyət planı müzakirə edilib.

Dövlət Komissiyasını sədri Əli Əhmədov zəruri fəaliyyətlərlə bağlı prioritet istiqamətlər üzrə müvafiq hesabatların, fəaliyyət planlarının hazırlanması, monitorinq, hesabatvermə və yoxlama sisteminin yaradılması üzrə təkliflərin hazırlanması ilə əlaqədar tapşırıqlar verib, həmçinin iqlim maliyyələşdirilməsinə daxili və xarici vəsaitlərin cəlb edilməsinin və bu sahədə təbliğatın, məlumatlandırmanın artırılmasının zəruriliyini Komissiya üzvlərinin diqqətinə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV