Modern.az

Neft Fondu 6 ayda nə qədər ABŞ dolları satıb?

Neft Fondu 6 ayda nə qədər ABŞ dolları satıb?

Aktual

23 İyul 2020, 18:15

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraclar vasitəsilə 4 010,1 milyon ABŞ dolları satılıb.

Modern.az-ın məlumatına görə, ARDNF daxil olan sorğulara cavab olaraq bildirir ki,Bu vəsaitin bir hissəsi (5 675,0 milyon manat) yanvar-iyun ayları ərzində plana uyğun şəkildə dövlət büdcəsinə transfert edilib.

Qeyd edək ki, ARDNF 2020-ci ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinə dair təqdimatını (//www.oilfund.az/storage/uploads/wwfnsts4ng.pdf) ictimaiyyətə açıqlayıb. Təqdimatda da qeyd edilib ki, 01 iyul tarixinə ARDNF-nin aktivlərinin tərkibinə digər valyutalarla yanaşı, 586,7 milyon ABŞ dolları ekvivalentində, yəni 997,3 milyon manat daxildir ki, bu vəsait də ARDNF-nin Mərkəzi Bankdakı hesabında saxlanılır və plana uyğun olaraq manatla olan öhdəliklərini yerinə yetirmək məqsədilə istifadə ediləcəkdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV