Modern.az

Bu gündən Gürcüstanda daxili uçuşlar bərpa edilir

Bu gündən Gürcüstanda daxili uçuşlar bərpa edilir

Aktual

24 İyul 2020, 00:30

Gürcüstanda daxili uçuşlar 24 iyuldan etibarən bərpa ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. İyulun 24-də Nataxtari, Mestia və Ambrolauri hava limanlarından, həmçinin Tbilisidən Batumi hava limanına müntəzəm uçuşlar fəaliyyətə başlayacaq.

 

Ümumilikdə, 24-31 iyul tarixlərində Mestia-Nataxtari istiqamətində 6, Tbilisi-Batumi istiqamətində 5, Ambrolauri-Nataxtari istiqamətində 3 uçuş həyata keçiriləcək.

 

Avqust ayından etibarən Mestia-ya həftədə 5 dəfə, Ambrolauriyə həftədə 3 dəfə, Batumiyə isə həftədə  4 dəfə müntəzəm uçuşlar həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV