Modern.az

Nazirlik: Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır  

Nazirlik: Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır  

Aktual

24 İyul 2020, 12:08

Azərbaycanda 5 yaşı tamam olan uşaqların məktəbəhazırlıq qruplarına qəbulunun avqust ayında aparılması planlaşdırılır.

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.

 

Onun sözlərinə görə, sənəd qəbulu elektron proqram təminatı vasitəsilə həyata keçiriləcək. Tədris digər dillərdə aparılan qruplara uşaqların qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarığının öyrənilməsi məqsədilə heç bir müsahibə tələb edilmir.

 

E.Kərimov məktəbəhazırlıq qruplarına qəbul qaydalarının əvvəlki ildə olduğu kimi aparılacağını, bununla bağlı heç bir dəyişikliyin olmadığını da söyləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV