Modern.az

Azərbaycan səfirliyi: Polad Bülbüloğlunun fikirləri təhrif olunub

Azərbaycan səfirliyi: Polad Bülbüloğlunun fikirləri təhrif olunub

Aktual

24 İyul 2020, 16:43

Azərbaycanın Rusiyadakı Səfirliyi bəzi saytları ittiham edib. Modern.az xəbər verir ki, Səfirliyin bildirdiyinə görə, cari ilin 15 iyul tarixində Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə diplomatik korpusun binası önünə gəliblər. Səfir Polad Bülbüloğlu onlarla görüşüb.


“Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilmişdi.

Lakin, çox təəssüflə qeyd etmək istəyirik ki, Səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxardaraq təxribata əl atıb və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər veriblər. 

Bildiririk ki, bu gün Səfirliyin qarşısında heç bir toplaşma olmamışdır. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya yönlü məlumat yayanlar Səfirliyin onsuz da gərgin işinə maneçilik törədirlər",-deyə Səfirlik bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV