Modern.az

Vətəndaşlarımız bu ölkədən də təxliyə olundu

Vətəndaşlarımız bu ölkədən də təxliyə olundu

Aktual

24 İyul 2020, 20:14

COVİD-19 pandemiyası dövründə xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalmış Azərbaycan vətəndaşlarını ölkəyə təxliyə edib.

 

Modern.az xəbər verir ki, iyulun 24-də Qazaxıstandan 165 Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub.

 

"Azərbaycan Hava Yolları"nın xüsusi çarter reysi ilə həyata keçirilən Almatı-Bakı reysinə 117 Azərbaycan vətəndaşı buraxılıb. Reysin uçuşundan ən gec 48 saat əvvəl alınan COVİD-19-a dair neqativ nəticə barədə arayış təqdim edən vətəndaşların təxliyəsinə icazə verilib. Bu halda COVİD-19 neqativ müayinə arayışı ilə Almatı-Bakı reysi ilə səfər edən Azərbaycan vətəndaşları karantində saxlanmaq tələbindən azad olunurlar.

 

Bundan başqa "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin “Merkuri-1” bərə gəmisi ilə yola salınan 52 Azəbaycan vətəndaşı COVİD-19-la bağlı testdən keçib, yalnız test nəticləri neqativ çıxan sərnişinlər yola salınıb. Yaxın zaman ərzində Aktaudan Azərbaycan vətəndaşlarının bərə ilə yola salınması davam edəcək.

 

Qeyd edək ki, Qazaxıstanda Azərbaycan Respublikasının bütün növ milli pasportlarının etibarlıq müddətinin dekabrın 31-dək uzadılması təklifi qəbul edilib. Milli pasportların etibarlıq müddətinin uzadılması ilə bağlı qərar qarşılıqlı xarakter daşıyır.

 

Bununla bağlı, koronavirus infeksiyasının yayılması səbəbindən yaranmış vəziyyət ilə əlaqədar, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı əsasda razılaşdırılıb ki, karantin tədbirləri dövründə etibarlıq müddəti bitmiş və yaxın tarixlərdə bitəcək bütün növ milli pasportlar 2020-ci il dekabrın 31-nə qədər uzadılmış hesab olunur.

 

Xatırladaq ki, COVİD-19 pandemiyası dövründə yerinə yetirilən reyslərdə həm uçuş və çıxış hava limanlarında, həm də hava gəmilərində xüsusi qaydalar tətbiq ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV