Modern.az

DİM-dən beynəlxalq imtahanlarla bağlı açıqlama

DİM-dən beynəlxalq imtahanlarla bağlı açıqlama

Aktual

24 İyul 2020, 22:08

Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE (Virtual University Enterprises) imtahanları keçirib.

 

DİM-dən Modern.az-a bildirilib ki, Pearson VUE tərəfindən informasiya texnologiyaları (İT) sahəsinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

 

- Cisco Systems, Inc. şirkətinin “Implementing and Operating Cisco Enterprise Network Core Technologies” sertifikat imtahanı;

- (ISC)2 təşkilatının “Information Systems Security Architecture Professional (ISSAP)” sertifikat imtahanı;

  • CompTIA assosiasiyasının “CompTIA A+ Certification Exam: Core 2 (220-1002)” sertifikat imtahanı.

 

İmtahanlarda ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

 

İmtahanlar haqqında ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə etmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV