Modern.az

Gəncədə yaşlı kişi özünü yaşadığı binadan ataraq öldürdü

Gəncədə yaşlı kişi özünü yaşadığı binadan ataraq öldürdü

Aktual

25 İyul 2020, 00:15

Gəncə sakini, 1936-cı il təvəllüdlü Niftəliyev İbrahim İsa oğlu həyat yoldaşı – 1944-cü il təvəllüdlü Bağırova Fatimə Əsəd qızını döydükdən sonra özünü yaşadığı binanın 3-cü mərtəbəsində atıb. 

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində  yerləşən yaşayış binalarının birində qeydə alınıb.

 

İ.Niftəliyev hadisə yerində dünyasını dəyişib.

 

Qadın ağır vəziyyətədə xəstəxanaya yerləşdirilib. Ağır kələ-beyin travması alan qadının vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisənin ailə münaqişəsi zəminində baş verildiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. (APA)

 

Faktla bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV