ABŞ-ın Bakıdakı və ABŞ-ın İrəvandakı səfirlikləri dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən bəyanatda bildirilib.
Səfirlik Azərbaycanın Los-Ancelesdəki konsulluğunun qarşısında 21 iyul tarixində keçirilmiş etiraz aksiyası zamanı ermənilərlə baş verən qarşıdurmaya belə münasibət bildib:
“ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq-mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”.