Modern.az

Bakıda qanunsuz işləyən kafe aşkarlandı - FOTO

Bakıda qanunsuz işləyən kafe aşkarlandı - FOTO

Aktual

25 İyul 2020, 16:08

Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsjndə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında yerləşən paytaxt sakini Elmin Məmmədova məxsus “Furqan” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi Elmin Məmmədov və müştərilər saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 13-cü Polis Bölməsinə gətiriliblər.

 

Xüsusi karantin qaydalarını müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.

 

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...