Modern.az

Bakıda qadını bıçaqla yaralayıb, telefonunu aldılar

Bakıda qadını bıçaqla yaralayıb, telefonunu aldılar

Aktual

25 İyul 2020, 18:18

Hacıqabul rayon sakini G.Alıkişiyevaya qarşı quldurluq törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, iyulun 22-də saat 21 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin Hacıqabul rayon sakini G.Alıkişiyevanın əlinə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılıb.

 

Faktla əlaqədar cinayət işi başlanıb. Nəsimi RPİ-də araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV