Modern.az

Ərdoğan Liviyanın Baş nazirini qəbul edib

Ərdoğan Liviyanın Baş nazirini qəbul edib

Aktual

25 İyul 2020, 19:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Faiz Sərracı İstanbulda Vahdettin köşkündə qəbul edib.

Modern.az APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbərinə görə, Türkiyə Prezidentinin F. Sərracla görüşündə Liviyadakı son vəziyyətlə bağlı müzakirələr aparılıb.

 

Görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, R. T. Ərdoğan bu gün İtaliyanın Baş naziri Cüzeppe Konte ilə də telefonla danışıb.

 

Telefon söhbətində liderlər Liviyadakı qarşıdurmanın siyasi danışıqlar yolu ilə həlli üçün dialoqun davam etdirilməsi razılığına gəliblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV