Bu gün 42 saylı Sumqayıt ikinci seçki dairəsinin deputatı Tahir Mirkişili seçiciləri ilə onlayn görüşü keçirib.
Modern.az xəbər verir ki, video konfrans şəklində keçən görüşdə seçiciləri maraqlandıran məsələlər müzakirə olunmuş, onların müraciətləri qəbul edilib.
Müxtəlif sosial məsələlər üzrə müraciət edən seçicilərin qaldırdıqları məsələlərin həlli üçün müvafiq işlərin görüləcəyi qeyd olunub.