Modern.az

Kəndə silahlı hücum: 60 ölü, 75 yaralı

Kəndə silahlı hücum: 60 ölü, 75 yaralı

Aktual

27 İyul 2020, 08:54

Sudanın Qərbi Daruf əyalətində silahlı hücum nəticəsində az 60 nəfər ölüb, daha 75 nəfər yaralanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsindən xəbər verilib.

Hadisə iyulun 25-də Qərb Darfurun Masteri kəndində baş verib. Hücumu 500-ə yaxın silahlı həyata keçirib. Yerli sakinlərin evləri və yerli bazar yandırılıb.

 

Basqın 19-26 iyul tarixlərində Darfurda baş verən silsilə silahlı hücumlarının yeddincisi olub.

Xatırladaq ki, Darfurda vətəndaş müharibəsi 2003-cü ildə "Sudan Azadlıq Hərəkatı" və "Ədalət və Bərabərlik Hərəkatı" tərəflərindən bölgənin "iqtisadi marginallaşmasına" etiraz olaraq hakimiyyətə qarşı qaldırdıqları üsyandan sonra başlayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV