Modern.az

İcra Hakimiyyətinin başçısı vətəndaşlarla onlayn qəbul keçirib

İcra Hakimiyyətinin başçısı vətəndaşlarla onlayn qəbul keçirib

Aktual

27 İyul 2020, 14:15

İyulun 27-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov  müracət edən vətəndaşlarla növbəti onlayn qəbul keçirib.

 

Onlayn qəbulda səslənən müraciətlər dinlənildikdən sonra bir neçə vətəndaşa müvafiq izahat verilib, bəzi qaldırılan məsələlərin həlli aidiyyəti qurum və təşkilat rəhbərlərinə tapşırılıb və onların həlli nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlər müzakirə zamanı həllini tapıb.

Ümumilikdə  25-dən çox vətəndaşın müraciəti  dinlənilib. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələrlə bağlı olub

Qəbulda iştirak edənlərə Made in Azerbaijan” brendi altında  Bakı Tekstil Fabrikinin istehsalı olan tibbi maskalar  verilərək onlara karantin rejiminin tələblərinə əməl etmələri  tövsiyə edilib.

 

Qeyd edək ki, bir müddət öncə  fabrikin istehsal etdiyi 2000-dən artıq  tibbi maska  Naftalan şəhər könüllüləri tərəfindən şəhər əhalisinə paylanılmışdır.

Qəbula gələnlər  onların şikayət və təkliflərinin  dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV