Modern.az

Trampın müşaviri koronavirusa yoluxub

Trampın müşaviri koronavirusa yoluxub

Aktual

27 İyul 2020, 17:59

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen koronavirusa yoluxub.

 

Modern.az-ın məlumatına görə, R.O'Brayen ötən həftədən etibarən işə getmir. Onun sağlamlıq vəziyyəti barədə hər hansı bir məlumat verilməyib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə liderlik edir.

Bu günədək ölkədə 4,4 milyona yaxın şəxs virusa yoluxub, təxminən 150 min nəfər həyatını itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri