Modern.az

Abşeronda qəza - 1 nəfər öldü

Abşeronda qəza - 1 nəfər öldü

Aktual

27 İyul 2020, 20:30

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildiriblər ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu ərazisində “Nissan” markalı minik avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV