Modern.az

İsmayıllıda Tovuz fədailərinin şərəfinə "Şəhid guşəsi” açıldı

İsmayıllıda Tovuz fədailərinin şərəfinə

Aktual

27 İyul 2020, 23:59

İsmayıllı gəncləri Tovuz şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq “Şəhid guşəsi” hazırlayıblar.

 

Modern.az xəbər verir ki, rayon mərkəzində sərgilənən guşədə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısını alarkən şəhidlik zirvəsinə ucalan zabit və əsgərlərimizin şəkilləri yer alır. Onların arasında məzarı İsmayıllının Balik kənd qəbiristanlığında olan Xəyyam Daşdəmirov da var.

 

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanan guşə rayon gənclərində vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir. İndi hər gün şəhərin mərkəzinə gələn onlarca yerli sakin, eləcə də qonaq güşə ilə tanış olur, qürurumuz, fəxrimiz olan şəhidlərmizin xatirəsini ehtiramla yad edilər. (AZƏRTAC)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV