Modern.az

Bu rayonlarda içməli su kəsiləcək

Bu rayonlarda içməli su kəsiləcək

Aktual

28 İyul 2020, 13:24

Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

"Azərsu" ASC-dən Modern.az-a verilən məlumata görə, bununla əlaqədar gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...