Modern.az

Azərbaycandan İtaliyaya uzanan qaz kəməri tam hazırdır

Azərbaycandan İtaliyaya uzanan qaz kəməri tam hazırdır

Aktual

29 İyul 2020, 11:04

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərinin (TAP) bütün marşrutu boyunca qaynaq işləri başa çatıb.

Modern.az-a bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

 

Məlumatda qeyd olunur ki, bu, Trans-Anadolu qaz kəmərindən (TANAP) İtaliyadakı qəbul terminalına qədər olan 878 kilometrlik hissənin birləşməsi deməkdir:

“Bu, Cənub Qaz Dəhlizinin açılması yolunda daha bir addımdır”.

 

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...