Modern.az

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Aktual

29 İyul 2020, 11:26

Ermənistanda koronavirusa yoluxanların sayı 37 937 nəfərə çatıb.

 

Modern.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, son sutka ərzində 308 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 723 nəfər koronavirusdan ölüb, 9 390 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV