Modern.az

Goranboyda Milli Qəhrəmanların büstləri yenilənəcək

Goranboyda Milli Qəhrəmanların büstləri yenilənəcək

Aktual

29 İyul 2020, 12:15

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev Şəhidlər Xatirə Kompleksində aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış oldu.

 

Modern.az xəbər verir ki, icra başçısı Kompleksdə inşa edilmiş Milli Qəhrəmanlara aid büstlərin yenilənməsi, ərazidə daha geniş səliqə-səhman işlərinin aparılması və abidənin ətrafında gül kollarının əkilməsi ilə bağlı aidiyəti şəxslərlə birgə müvafiq müzakirələr apardı.

 

Məhərrəm Quliyev qeyd etdi ki, goranboyluların müqəddəs ziyarət ünvanına çevrilmiş Şəhidlər Xatirə Kompleksi lazımi səviyyədə bərpa olunmalı, burada gələcəkdə məktəblilərin  tarix fənni üzrə  bəzi açıq dərslərinin, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda  tədbirlərinin keçirilməsi təmin edilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV