Modern.az

QMİ niyə bayram fətvası vermədi? - Allahşükür Paşazadə AYDINLIQ GƏTİRDİ

QMİ niyə bayram fətvası vermədi? - Allahşükür Paşazadə AYDINLIQ GƏTİRDİ

Aktual

29 İyul 2020, 13:20

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu il Qurban bayramı münasibətilə fətva verilməməsinə aydınlıq gətirib.

Modern.az xəbər verir ki, din xadimləri ilə videokonfrans formatında keçirilən görüşdə A.paşazadə bildirib ki,  Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır və pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə təxirə salınıb

“Bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır”.

QMİ-sədri din xadimlərinə bildirib ki, bu özəllikləri yerlərdə insanlara çatdırsınlar və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilsin.  

           

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV