ABŞ senatorları Çinin “TikTok” vasitəsilə prezident seçkilərinə müdaxiləsindən ehtiyatlanırlar.
Modern.az xəbər verir ki, amerikalı senatorlar prezident Donald Trampın administrasiyasından Çinin “TikTok” vasitəsilə qarşıdan gələn prezident seçkilərinə müdaxiləsi riskini araşdırmağı xahiş ediblər. Onlar ABŞ-ın FTB, Daxili
Təhlükəsizlik Nazirliyi və Milli Kəşfiyyat İdarəsi rəhbərliyinə məktubla müraciət ediblər. Məktubda senatorlar adıçəkilən servisin siyasi diskusiyaların manipulyasiyasında istifadə hallarını qeyd ediblər. Onların fikrincə, Pekin amerikalıları çaşdırmaq və istədiyi nəticəni əldə etmək üçün siyasi diskusiyaları idarə edir.
Bu məsələ ilə bağlı Çinin XİN-nin rəsmisi Van Venbin iyulun 21-də çıxış edərək, ABŞ-ın “TikTok”un təhlükə yaratması ilə bağlı fikirlərinin reallığa uyğun olmadığını bildirib.