Modern.az

Dövlət başçısının siyasətində insan amili prioritet təşkil edir

Dövlət başçısının siyasətində insan amili prioritet təşkil edir

Aktual

29 İyul 2020, 15:40

“Bilirsiniz ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik”. Prezident İlham Əliyev bu fikirləri yaxın günlərdə  birinci xanım Mehriban Əliyeva  ilə birlikdə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində  iştirakı zamanı səsləndirib.

 

Aztəminatlı ailələrin, Qarabağ əlillərin, məcburi köçkünlərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndiilməsi dövlət başçısının  daim diqqət mərkəzində saxladığı prioritet məslələrdəndir. Bu, ölkəmizdə insan amilinin dövlət siyasətinin təkib hissəsi olmasından xəbər verir.  Ötən il də  həyata keçirilən tədbirlər bu qəbildən olan insanların  həyat tərzinin  mütəmadi olaraq yaxşılaşdırılmasının  diqqətdə saxlanılmasından xəbər verir.  Məsələn, keçən il şəhid ailələrinə 934 mənzil verilib. Bu il isə 1500.  Ondan əvvəlki illərdə təqribən ildə 600-700 məniz verilib. Dünyanın heç bir ölkəsində  şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə belə yüksək səviyyədə qayğı göstərilmir.  Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Təbii ki, bütün bunların həyata keçirilməsi  üçün  böyük vəsait nəzərdə tutulur . Məlumat üçün bildirim ki, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.

 

Dövlətimiziin başçısı dəfələrlə  bəyan edib ki, bizim bütün işimizin məqsədində Azərbaycan vətəndaşının maraqları dayanır  və  ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır. Bunun üçün həm sosial infrastrukturla bağlı olan layihələr icra edilməlidir, eyni zamanda, vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır. Heç bir problem sosial layihələrin icrasını dayandıra bilməz.  Son 17 il ərzində həyata keçirilən siyasi kurs da bunu təsdiqləyir. Bu siyasətin əsasını  əhalinin həyat tərzinin yaxşılaşdırılması  təşkil edib. Bu istiqamətdə əsaslı dönüş yaratmaqla yanaşı,  Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin  daha da möhkəmləndirilməsi mənafeyinə xidmət göstərilmişdir. 

Ümumiyyətlə, sosial layihələrin icrası  hər zaman prioritet vəzifə kimi qarşıya qoyulub.  Dövlət başçısının  rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasət Azərbaycan cəmiyyətində  böyük razılıqla qarşılanır. Çünki bu siyasət  müxtəlif  sosial qrupların həyat  tərzinin daha da yaxşılaşdırılmasına , insan amilinə hörmətin formalaşdırılmasına,  siyasi sabitliyin  bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoludur.  Bu, həm də  ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını gerçəkləşdirir.

 

 

Prezident İlham Əliyev dövlətin yeritdiyi bu siyasətin mahiyyətindən bəhs edərkən  dəfələrlə onun mərkəzində məhz  insan amilinin, Azərbaycan vətəndaşının dayandığını diqqətə çatdırıb və  əhalinin sosial təminatının, maddi vəziyyətinin daha da yaxşılaşdırılması üçün  pandemiyanın ciddi təhlükə yaratmasına baxmayaraq, bundan sonra da  genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsinin prioritet vəzifə kimi hər zaman aktual olaraq qalacağını bildirib.

Dünyanı koronavirus təhlükəsi bürüdüyü bir vatda  dövlətimizin başçısı  sosial layihələrin  reallaşdırılması mərasimində iştirak edir, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirlməsi istiqamətində yeni layihələrin hazırlanması barədə göstəriş verir. Son  aylarda-pandemiyanın şiddətləndiyi vaxtda , hətta dövlətlərarası əməkdaşlıqda da müəyyən fasilələr yaransa da, ölkəmizdə sosial layihələrin icrası istiqamətində tədbirlər davam etdirilir. Nəzərdə tutulan sosial proqramlar icra olunmuş, bir sıra beynəlxalq tədbirlər videokonfrans formatında  təşkil olunmuş, yeni istifadəyə verilmiş müəssisələrin açılış mərasimləri keçirilmişdir. Açılışların, demək olar ki,  hamısında  ölkə Prezidenti, əksəriyyətində isə Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdir. Ümumilikdə, son  vaxtlar, pandemiyanın tüğyan etdiyi vaxtda  dövlət başçısının iş qrafiki çox gərgin olmuşdur.  Belə ki, Prezident İlham Əliyev 30- a yaxın  tədbirdə iştirak edib. Bu tədbirlərin 20- dən  çoxu  sosial proqramların icrası ilə əlaqədar olmuşdur.

Son vaxtlar həm paytaxtda, həm də regionlarda modul tipli xəstəxanaların açılışı, bir sıra səhiyyə ocaqlarının yenidən əsaslı şəkildə qurulmasında əsas məqsəd  pandemiyaya qarşı mübarizə təşkil etmişdir. Biz artıq bunun bəhrəsini görürük. Son günlərin statistik məlumatlarında da bu virusdan sağalanların sayının yoluxanların sayından xeyli çox olması görülən işlərin bariz nümunəsidir.

 

 

Göründüyü kimi, dövlət başçısnın rəhbərliyi ilə həyata keçirlən siyasi kursun əsasaını insan amilinin təşkil etməsi koronavirusun bəşəriyyətin başı üzərini aldığı vaxtlarda özünü daha aydın şəkilədə büruzə verdi. Prezident İlham Əliyev yerli əhali ilə yanaşı, dünyanın müxtəlif ölkələrində əziyyət çəkən insanların da həyat səviyyəsinin yxşılaşdırlması barədə düşünüən liderdir.  Pandemiya dövründə  Azərbaycan dövlətinin  dünyanın 30-dan çox ölkəsinə  humanitar və maliyyə yardımı  göstərməsi, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə  etməsi insan amilinə verilən dəyərin təsdiqdir.

 

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV