Modern.az

Dövlət başçısı Qəbələdə modul tipli xəstəxana ilə tanış olub

Dövlət başçısı Qəbələdə modul tipli xəstəxana ilə tanış olub

Aktual

30 İyul 2020, 13:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda da səfərdə olub.

Modern.az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

***

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli  xəstəxana kompleksi quraşdırılıb.

Prezident İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV