Modern.az

Goranboyda tütün yığımına start verildi

Goranboyda tütün yığımına start verildi

Aktual

30 İyul 2020, 18:10

Goranboy rayonunda cari təsərrüfat ilində, Zeyvə kəndində-2 ha, Şəfəq, Qaraçinar, Yenikənd və Qarqucaq  kəndlərinin hər birində-1,5 ha olmaqla, ümumilikdə 8 hektar sahədə tütün bitkisi becərilib.

 

Modern.az xəbər verir ki, iyulun 30-na olan məlumata əsasən, 1,8 ton quru məhsul aidiyyəti üzrə təhvil verilmiş,  7 ton yaş məhsul   qurudulması üçün toplanmışdır. Hazırda məhsul yığımı  davam etdirilir. 

 

Bioloji məhsuldarlığın təyini zamanı  hər hektardan 1,5 ton məhsul götürülməsi proqnozlaşdırılmışdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...