Modern.az

“Neftçi” baş məşqçisi ilə 2 illik müqavilə bağladı

“Neftçi” baş məşqçisi ilə 2 illik müqavilə bağladı

Aktual

30 İyul 2020, 21:16

"Neftçi” baş məşqçi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.



Modern.az-ın klubun saytına istinadən məlumatına görə, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib.



Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.



Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunan Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. “Ağ-qaralar” onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...