Modern.az

Müdafiə Nazirliyi: Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu düşmənə qarşı adekvat tədbirlər görüb

Müdafiə Nazirliyi: Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu düşmənə qarşı adekvat tədbirlər görüb

Aktual

31 İyul 2020, 10:30

Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a bildirilib:

“Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir. Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV