Modern.az

Deputat onlayn qəbul keçirib

Deputat onlayn qəbul keçirib

Aktual

31 İyul 2020, 10:41

Xüsusi rejimli karantin dövründə mədudiyyətləri nəzərə alan deputat Novruz Aslanov seçiciləri ilə onlayn və ya telefon vasitəsilə əlaqə saxlayır. İyulun 30-da İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.

         
Belə ki, 10.00-17.00 aralığında millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayıb və ona mövcud problemlər barədə  məlumat veriblər. Müraciət edənlər qeydiyyata alınıb, bir neçə məsələ yerindəcə həllini tapıb, həlli zaman tələb edən məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi bildirilib.  

         
Məlumat üçün bildirək ki, hər həftənini IV günü millət vəkili İsmayıllı rayon seçiciləri ilə görüşmək məqsədilə rayona səfərlər edir və ya onlayn qəbullar keçirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV